"Rusiya İranın ballistik raket sınağı həyata keçirməsinin BMT Təhlükəsizlik Şurasında müzakirəsini mənasız sayır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Ulyanov deyib.
Onun sözlərinə görə, BMT TŞ-nın 2231 saylı qətnaməsi İrana yalnız nüvə silahından istifadəni qadağan edir: "Ballistik raketlərin bu qərara aidiyyatı yoxdur".
Qeyd edək ki, İsrail və ABŞ mart ayı ərzində iki dəfə ballistik raket sınağı keçirən İrana qarşı BMT TŞ tərəfindən sanksiyalar tətbiq edilməsini istəyib.
Samir