1 Aprel 2016 10:34
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Yapon dənizinə daha bir yaxınmənzilli raket buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələrinin qərargahı məlumat verib.

Raket yerli vaxtla saat 07:45-də Sondok nöqtəsindən Xamqen-Namd-a qədər təxminən 100 kilometr məsafə qət edib.

Bu, son 10 gündə Şimali Koreyanın buraxdığı 3-cü raketdir. Bundan əvvəl rəsmi Pxenyan martın 21 və 29-da da Yapon dənizinə raket buraxmışdı.

Yusif


Müəllif: