"Rusiya rəhbərliyi Dağlıq Qarabağda atəşkəs rejiminin bərpa olunması üçün mühüm səylər göstərir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:
"Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon əlaqəsi saxladı və məsələni müzakirə etdi. Təxminən bir neçə saatdan sonra Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıya səfər edəcək. Hadisələrin inkişafını nəzərə alısaq, bu səfər xüsusi aktuallıq kəsb edir. Lavrov Bakıda İran-Rusiya-Azərbaycan üçtərəfli görüşündə iştirak edəcək. Bundan başqa, onun Elmar Məmmədyarovla təkbətək görüşü planlaşdırılır".
Zaxarova qeyd edib ki, Lavrov aprelin 21-22-də İrəvana səfər edəcək.
Samir