9 Aprel 2016 11:08
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov üç naziri vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, bunlar iqtisadi inkişaf naziri Eldaş Şəripov, ticarət və xarici iqtisadi əlqələr naziri Bayər Abayev və baş dövlət vergi xidmətinin rəhbəri Şatlık Hümmədovdur. Hər üç şəxsin işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifəsini itirdiyi bildirilir. Prezidentin sərəncamı hökumətin ilin birinci rübünün nəticələrinə dair genişləndirilmiş iclasında elan olunub.

Qeyd olunub ki, Şəripov iqtisadi inkişaf naziri postunu 2015-ci ilin iyiulundan, Abayav ticarət və xarici iqtisadi əlaqələr naziri postunu 2010-cu ilin fevralından, Hümmədov isə baş dövlət vergi xidmətinin rəisi postunu 2014-cü ilin yanvarından tuturdu. Artıq hər üç şəxsin yerinə təyinatlar olub.

Qeyd edək ki, az öncə Türkmənistanda ordunun hərbi hazırlığı ilə bağlı qəfil yoxlamalara başlayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər