İran prezidenti Həsən Ruhani Türkiyəyə səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ruhaninin sözçüsü İbrahim Kalın məlumat verib.
Onun sözlərinə görə, səfər Ankarada keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının toplantısından sonra baş tutacaq: "Səfər çərçivəsində Ruhaninin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. Bunlar arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ankarada səfərdə olan Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdül Əziz əl Səud da var".
Samir