"Türkiyə Suriya ordusuna məxsus düşərgəni bombalayıb".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Sergey Rudskoy bu iddia ilə çıxış edib.
Sergey Rudskoyun sözlərinə görə, türk artilleriyası heç bir səbəb olmadan Suriya torpaqlarını atəşə tutub: "Əsas hücumlar Lazkiye bölgəsinə edilib. Hadisələr zamnı ölən və yaralıların olduğu açıqlanıb".
Qeyd edək ki, gecə saatlarında İŞİD terrorçuları Türkiyə torpaqlarına raket atıb. Hadisə nəticəsində 12 nəfər yaralanıb. Hücumdan dərhal sonra türk topçuları raketin atıldığı bölgəni bombalayıb.
Samir