"ABŞ Suriya münaqişənin həlli məsələsində Rusiyaya təzyiq göstərməyə çalışır".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Vaşinqton iddia edir ki, Rusiya Suriyadakı əməliyyatlarla bağlı ABŞ-ı məlumatlandırmır:
"Biz bu iddianı rədd edirik. Bu cür fəaliyyətlər tərəfdaşlıqdan uzaqdır. Rusiya və ABŞ arasındakı əməkdaşlıq Suriyada terrorçuluqla mübarizəyə yardım edəcək".
Ryabkov əlavə edib ki, son vaxtlar Suriyada atəşkəsin pozulması halları azalıb: "Hazırda atəşkəsin ən çox pozulması halları Hələbdə qeydə alınır".
Samir