"Fransa Rusiya vətəndaşlarına aid 1 milyard dollarlıq əmlakın dondurulması ilə bağlı qərar verib".
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Bloomberg" agentliyi məlumat yayıb.
"Beynəlxalq Mülki Məhkəmə Rusiyadan dünyanın ən böyük neft şirkətlərindən olan "Yukos"un sabiq səhmdarlarına 50 milyard dollar təzminat ödəməsini tələb etmişdi. Şirkətin sabiq səhmdarları arasında Fransa vətəndaşları da olub. Fransanın bu addımı da vətəndaşlarının hüquqlarının müdafiəsi ilə əlaqələndirilir. Dondurulan əmlaklar arasında Rusiya dövlət qurumlarına məxsus fondlar da var".
Qeyd edək ki, məhkəmədə Rusiya “Yukos” şirkətinin səhmlərini qanunsuz olaraq satmaqda ittiham olunub. "Yukos" şirkəti 1993-2007-ci illərdə fəaliyyət göstərib və 2007-ci ilin noyabrın 12-də müflis elan edilib. Bundan sonra Rusiya şirkətin hissələrini satıb.
Samir