Avropa Parlamentinin Türkiyə ilə bağlı növbəti illik raportu çox sərt olub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, raport bu gün Fransanın Strasburq şəhərində səs çoxluğu ilə qəbul edilib.
Raportda Türkiyədəki ifadə və media azadlğı, kürd problemi, ölkənin cənub-şərq bölgəsində yaşananlar, Türkiyə ilə Avropa Birliyi arasındakı miqrantlarla bağlı razılaşma və Kipr mübahisəsi yer alıb.
Sənəddə demokratiya və hüquqi dövlət quruluculuğunda geriyə addım atıldığı qeyd edilib, media azadlığının narahatlıq doğurduğu vurğulanıb.
Türkiyənin terrorla mübarizəsinin qanuniliyi tanınsa da, bu mübarizəni insan haqları və hüquq çərçivəsində aparmaq lazım gəldiyi qeyd edilib.
Raportda Avropa Birliyinin PKK-nı terror təşkilatı kimi tandığı göstərilib, onun yenidən silaha əl atması pislənib. PKK-ya terrorçu üsullardan çəkilib dinc və qanuni yollardan istifadə çağrışı edilib.
Türkiyənin raportu qəbul etməyəcəyi ehtimal olunur.