Avropa Parlamentində fəaliyyət göstərən iki özəl sürücünün maşınında İŞİD-in təbliğatı ilə bağlı materaillar tapılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, onlar dərhal işdən çıxarılıb və barələrində araşdırma başlayıb.
Avropa Parlamentindən qeyd olunub ki, daha özəl sürücülər tutulmayacaq. 715 nəfər üzvü olan Avropa Parlamentində 65 özəl sürücü fəaliyyət göstərir. Qeyd edək ki, Brüsseldə terror törədənlərdən biri daha öncə Avropa Parlamentində aşağı işdə çalışıb.