18 Aprel 2016 01:52
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də Baltik dənizində Rusiyanın döyüş təyyarələri kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsinə aqressiv münasibət göstərib. Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda Pentaqon məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ təyyarəsi Rusiyanın hava ərazisinə daxil olmayıb. Ancaq Rusiyanın döyüş təyyarələri nizamsız və aqressiv şəkildə Amerika ordusuna aid təyyarənin 15 metrliyinə qədər yaxınlaşıb. Amerika rəsmiləri baş verənlərin təhlükəli olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər