ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, prezidentlik dövründə Obama artıq 3 dəfə Ər-Riyada rəsmi səfərə gəlir. ABŞ prezidentinin səfər çərçivəsində keçirəcəyi görüşlər zamanı iki ölkə arasındakı münasibətlər, neftin qiyməti, silah satışı, İran və İŞİD ilə mübarizə məsələləri müzakirə ediləcək.
Səfərin digər maraqlı tərəfi ABŞ Konqresində Səudiyyəyə qarşı qanunun müzakirəsidir. 11 sentyabr hadisələrindən sonra yaxınlarını itirən amerikalılar Səudiyyə Ərəbistanına qarşı iddia irəli sürərək, təzminat tələb ediblər. Bundan sonra bəzi senatorlar “Terrorçuların sponsorlarına qarşı ədalət” adlı qanun hazırlayıb. Məsələ Ər-Riyad hökuməti tərəfindən narazılıqla qarşılanıb və Kral Salman verdiyi açıqlamada aşkar şəkildə ABŞ-ı təhdid edib: “ABŞ-dakı 750 milyard dollarlıq əmlakımızı satışa çıxaracağıq”. Ekspertlər belə bir satışın çox çətin olacağını və Səudiyyənin də ABŞ qədər zərər görəcəyini bildiriblər.
Obama isə bu qanun layihəsinə qarşı çıxır. Bununla bağlı Ağ Evin sözçüsü Coş Ernest açıqlama verib. Onun sözlərinə görə, Obama Ər-Riyad səfərindən sonra bu layihəyə veto qoyacaq.
Samir