Ermənistanın Şirak vilayətinin Ariç kəndində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmış küçə adsız qalıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı kənd nümayəndəsi Roland Nazaretyan məlumat veriub. Onun sözlərinə görə, bu küçə son 10 ildə Nazarbayevin adını daşıyıb:
"Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən gərginlikdən sonra Ermənistana gəlməkdən vaz keçən Nazarbayevin "Azərbaycanlılar bizim qardaşlarımızdı, ermənilər onları öldürür" deməsi erməni xalqını qəzəbləndirib. Hazırda həmin küçə adsız qalıb. Kənd kitabxanasında Nazarbayev güşəsi də var idi. Artıq onu da yığışdırmışıq".
Samir