İran prezidenti Həsən Ruhani "təcavüz, hicab və ucadan danışmaq" kimi hallara nəzarət etmək üçün 7 min polisin işə götürülməsinə qarşı çıxıb.
Teleqraf.com İranın rəsmi İRNA agentliyinə istinadən xəbər verir ki, Ruhani bunu insanların təbii və özəl həyatına müdaxilə adlandırıb: Xalqın özəl həyatına müdaxilə etməyə haqqımız yoxdur. Bizim ilk işimiz insanların ləyaqət və şəxsiyyətinə hörmət etməkdir. Allah insanlıq qürurunu bizə bəxş edib və bu qürur dindən öncə olub".
Qeyd edək ki, İranda fəaliyyət göstərən əxlaq polisi, xüsusilə qadınların geyimlərinə nəzarət edir. Həsən Ruhani hakimiyyətə gələndən sonra bu kimi hallara nəzarət zəifləyib.
Ayxan