21 Aprel 2016 13:12
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TRT Sənəd film” kanalının “Böyük Şərqin Atlıları” verilişində qonaq olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, sabiq prezident Milli Türk Tələbə Birliyi dövründəki çətinliklərindən danışıb.

“Türkiyənin ən çətin dövrü universitet illərimə təsadüf edir. O günləri əzabla xatırlayırıq. Dostlarımla bufetdə hücuma məruz qaldıq. Alnıma silah dirəmişdilər. Həmin gün ölənlər sırasında mən və dostlarım da ola bilərdi. Bu hadisələr zamanı 5 minə yaxın gənc həyatını itirdi. Bizim gəncliyimiz belə olub. Dərsə getməkdən daha çox dostlarımızın dəfinində iştirak etməklə məşğul idik”.

Samir


Müəllif:

Oxşar xəbərlər