Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi 1983-cü ildə Beyrutdakı hücumlarda ölən Amerika əsgərlərinin ailələrinə ödənəcək 2 milyard 600 milyon dolların İranın dondurulan fondlarından ödənməsinə qərar verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi məsələyə sərt reaksiya verib. Nazirliyin rəsmi nümayəndəsi qərarı pislədiklərini və rədd etdiklərini bildirib.
Bundan başqa, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bu gün Con Kerri və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcəyini deyib. O bildirib ki, tərəflər görüş zamanı İrana tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini müzakirə edəcəklər.
Samir