29 Aprel 2016 21:22
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər həyatını itirib.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, qayalıqlara çırpılan helikopterdəki bütün üzvlərin öldüyü bildirilir. Axtarışlar zamanı 11 nəfərin cəsədi tapılıb.

Şahidlərin sözlərinə görə, öncə helikopterin pəri qopub, sonra güclü partlayış olub.

Axtarış işləri davam etdirilir.


Müəllif: