2 May 2016 11:14
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel Yaponiyanın NATO-ya üzv olmasını təklif edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Merkel bu gözlənilməz təklifi ötən ilin martında Yaponiyaya səfəri zamanı baş nazir Sindzo Abeyə bildirib.

"The Japan News" qəzetinin yazdığına görə, Almaniya kansleri Yaponiya baş nazirinə belə deyib: "Yaponiya niyə də NATO-ya qoşulmasın? Mən bu məsələdə Böyük Britaniyanının baş naziri Kamerunu və Fransa prezidenti Ollandı yola gətirə bilərəm".

Sindzo Abe kobud çıxmasın deyə təklifə qeyri-müəyyən cavab verib: "Bu, gələcəyin işidir..."

Yaponiya hazırda NATO üzvü olmasa da Əfqanıstan, Avstraliya, İraq, Pakistan, Cənubi Koreya, Yeni Zelandiya və Monqolustanla birgə alyansın "Qlobal tərəfdaşlıq" proqramını icra edir.

Mahir


Müəllif:

Oxşar xəbərlər