Bu gün yerli vaxtla saat 19 radələrində Türkiyənin Kilis şəhəri Suriya ərazisindən raket atəşinə məruz qalıb.
Teleqraf.com-un "Milliyet"-ə istinadən verdiyi məlumata görə, iki mərmi Kilis şəhərinin mərkəzinə düşüb.
Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.