Türkiyənin "Haberturk" qəzetinin yazarı Fatih Altaylı ölkə gündəmini silkələyəcək yeni iddia irəli sürüb.
Teleqraf.com xəbər verir ki, Altaylı "Pelikan sənədləri" adlı iddialarını Halk televiziyasında canlı yayım zamanı səsləndirib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında bir zamanlar ciddi fikir ayrılığı yaşanıb: "Həmin vaxtda Davudoğlu istefa ərizəsini yazsa da, Ərdoğan bunu qəbul etməyib. Sənədlər prezidentə yaxın mənbə tərəfindən hazırlanıb. Sənədin dilinə baxanda bunu aşkar görmək olur. Ancaq əlimdə sübut olmadığı üçün həmin şəxsin adını çəkə bilmərəm. Bundan əvvəl də buna oxşar iddialar irəli sürülüb. Heç bir faydası olmasa da, bu iddiaların hamısı doğrudur".
Samir