9 May 2016 22:09
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstryanın baş naziri Verner Faymann Sosial Demokrat Partiyasında nüfuzunu itirmək üçün həm partiya rəhbərliyindən, həm də baş nazir postundan istefa verib.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Verner Faymannın miqrantlarla bağlı qərarları və prezident seçkilərində partiyasının zəif nəticə göstərməsi sindikatlar və gənclər arasında narazılığa səbəb olub.

2008-ci ildən baş nazir olan Faymann 1 May Zəhmətkeşlər Günü törənləri zamanı partiya üzvləri tərəfindən istefaya dəvət edilmişdi. Üstəlik iki həftə öncə Sosial Demokrat Partiyası prezident seçkilərinin birinci turunda uduzmuşdu. Ölkədə sağçıların hakimiyyətə gəlməsi sosialistlər arasında narazılığı artırıb. Bütün ittihamlardan sonra Verner Faymann istefa vermək məcburiyyətində qalıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər