Ukraynanın Kiyev vilayətinin Kozin qəsəbəsində silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxslər qəsəbədəki evlərdən birini vertolyotdan atəşə tutublar.
Məlumatlara görə, həmin ev Ukrayna prezidenti Petro Poroşenkonun malikanəsinin qonşuluğunda yerləşir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırmalar zamanı məlum olub ki, həmin ev Vladimir Kosterini və Natalya Jilinoyun adına qeydiyyatdadır.
Ev sahibinin oğlu jurnalistlərə hadisə vaxtı vertolyotun evin ətrafında dövrə vurduğunu deyib. Ailənin vəkili Aleksandr Lupeko bildirib ki, mühafizəçilər atəşin Mi-8 tipli vertolyotdan açıldığını görüblər: “3 dəfə atəş açılıb. Hadisədən dərhal sonra vertolyot ərazidən uzaqlaşıb”.
Samir