12 May 2016 19:44
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Strateji hücum silahlarının ixtisarı (SNV) üzrə müqavilədən çıxa bilər.


Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerov deyib.


Onun sözlərinə görə, bu addım ABŞ-ın Şərqi Avropada raket əleyhinə müdafiə sistemini qurmasına cavab ola bilər. Senatorun fikrincə, sistemlərin genişləndirilməsi dönməz xarakter alarsa və Rusiyanın təhlükəsizliyi üçün real təhdid mövcud olarsa, qəti tədbirlər görüləcək.

Qeyd edək ki, NATO Ruminıyada yerləşdirdiyi havadan müdafiə sistemlərini bu gün aktivləşdirib. Mayın 13-də isə Polşada daha bir obyektin tikintisi başlanacaq. Burada işlərin 2018-ci ildə başa çatdırılması planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər