12 May 2016 22:34
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dördgünlük müharibə Ermənistan hakimiyyətinin yalanını üzə çıxardı”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu “Şuşa xüsusi batalyonununun azad döyüşçülər ittifaqı” ictimai təşkilatının idarə heyətinin üzvü Kerob Kazaryan deyib.

Onun sözlərinə görə, İrəvan rəhbrərliyinin uzun müddətə yaratdığı illuziyalar 4 gün müddətində darmadağın olub: “Hökumət uzun illərdir ki ordumuzun inkişaf etdiyini və yeni texnikalarla təchiz olunduğunu deyib. Ancaq məlum oldu ki, bu yalandır. Azərbaycan geridə qoyduğumuz müddətdə ordusunu müasir silahlarla təchiz edib. Aprel hadisələri Ermənistan ordusunun döyüşə hazır olmadığını göstərdi.

İlk günlərdən çox sayda könüllü Ermənistan ordusuna kömək etmək məqsədilə döyüş bölgəsinə yollandı. Onları heç bir hazırlıq keçmədən döyüş bölgəsinə buraxmaq doğru addım deyil”.

Samir


Müəllif:

Oxşar xəbərlər