"Yaxın bir il ərzində Rusiya ilə nüvə müharibəsi mümkündür".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı Müttəfiq Qoşunlarının ali baş komandanının sabiq müavini, general Aleksandr Riçard Şirreff deyib.
Onun sözlərinə görə, Moskva Baltikyanı ölkələrə qarşı təcavüzkar siyasət yeridir: "Rusiya təcavüzünün qarşısını almaq üçün NATO təcili olaraq Latviya, Litva və Estoniyada hərbi varlığını artırmalıdır".
Qeyd edək ki, Şirreff 2014-cü ildən hərbi fəaliyyətinə son qoyub və Rusiya ilə bağlı "Rusiya ilə müharibə: 2017" kitabını yazıb.
Samir