23 May 2016 16:56
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq ictimaiyyət 2030-cu ilə qədər miqrantların sayının yarıbayarı azaldılması üçün səyləri artırmalıdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun İstanbulda keçirilən Birinci Dünya Humanitar Sammitinin açılış mərasimində çıxışı zamanı deyib:

"Bu gün bəşəriyyət silahlı münaqişələr və təbii fəlakətlər ilə bağlı kəskin dövrünü yaşayır. Nəticə olaraq ən azı 130 milyon nəfərin gündəlik təminat vasitəsilərinə ehtiyacı var. İkinci dünya müharibəsindən sonra miqrantların sayı maksimum həddə çatıb. Mən beynəlxalq cəmiyyəti səylərini artırmağa çağırıram. Bununla 2030-cu ilə qədər miqrantların sayı 50 faiz azaldılmalıdır".

Qeyd edək ki, iki gün davam edəcək sammitdə 177 ölkənin nümayəndəsi, o cümlədən 65 dövlət və hökumət başçısı iştirak edir.

Samir


Müəllif:

Oxşar xəbərlər