Dünyanın ən yüksək zirvəsi olan Everestə qalxarkən həyatını itirmiş 34 yaşlı avstraliyalı akademik Mariya Stridomun ölümü ilə bağlı şok faktlar ortaya çıxıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Mariyanın həyat yoldaşı Robert Qropel danışıb:
"Zirvəyə çatmağımıza 15 dəqiqə qalmış Mariya özünü pis hiss etdi və daha davam edə bilməycəyini dedi. Mənə yoluma davam eləməyi məsləhət bildi və məni gözləyəcəyini söylədi. Yuxarı qalxdım. Bir müddət sonra onun yanına qayıdanda Mariyanın huşsuz vəziyyətdə gördüm. Dərman və oksigen verdim amma köməyi olmadı. Onun ölümündə mən günahkaram".
Elvin