3 İyun 2016 10:50
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundestaqının 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərardan sonra geri çağırılan Türkiyǝnin Berlindəki sǝfiri Hüseyn Avni Karslıoğlu ölkəsinə geri dönüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Karslıoğlu Ankarada jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, Bundestaq bu qərarı verərəkən tamamilə duyğulara əsaslanıb: "Biz duyğularımızla yox, mǝntiqlǝ hǝrǝkǝt edǝcǝyik. Müxtǝlif görüşlǝr keçirdik. Almaniya ilǝ dostluğumuz şübhəsiz ki, davam edǝcǝk".

Səfir əlavə edib ki, bu qərar cahillik və hüquqa qarşı hörmətsizlik nümunəsidir: "1915-ci il hadisələri ilə bağlı anlaşılmazlıqların həll edilməsi dialoq və ədalətli yanaşma yolu ilə mümkündür. Belə bir qərarı duyğulara qapanıb vermək qəbuledilməzdir".

Qeyd edək ki, Bundestaq dünən keçirdiyi iclasda "erməni soyqırımı" ilə bağlı qanun layihəsini qəbul edib.

Samir


Müəllif:

Oxşar xəbərlər