6 İyun 2016 20:40
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın Liviyanın öldürülən diktatoru Muammer Qəddafi ilə bağlı açıqlamaları gündəm yaradıb.

Teleqraf.com-un məlumtına görə, Qəddafi BMT-nin toplantısına qatılmaq üçün 2009-cu ildə Nyu Yorka gedərkən Trampa məxsus malikanəni kirayələyib. Tramp əvvəlcə malikanənin Qəddafi tərəfindən kirayələndiyini bilmədiyini, daha sonra isə "Qəddafinin pullarını aldım" deyib.

CBS kanalındakı "Millətlə üz-üzə" proqramında isə Tramp "xatırlayırsınızsa, mən Qəddafidən pul qazanan yeganə adamam. ABŞ-a gələndə mənimlə anlaşmaq zorunda qaldı. Bura sərvət ödədi, amma qalmadı. Zarafata bənzəyir".

Ayxan


Müəllif:

Oxşar xəbərlər