8 İyun 2016 11:05
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qahirə-Pekin reysini həyata keçirən "Egyptair" şirkətinə məxsus təyyarə partlayış təhlükəsi səbəbindən Özbəkistanda məcburi eniş edib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti aviaşirkətdəki mənbəyə istinadən xəbər yayıb.

Bəhreynin "əl-Vasat" qəzeti yazır ki, hava gəmisində partlayıcı qurğu olması barədə anonim informasiya daxil olduqdan dərhal sonra təyyarə Özbəkistandakı aeroportlardan birinə məcburi eniş edib.

Hazırda yoxlama işlərinin aparıldığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər