Bu barədə Teleqraf.com-a məlumat verən Həmid Herisçi təqdimat mərasimi keçirəcəyini də bildirib:
“Kitabın çapdan çıxmasına çox az qalıb. Hazırda elə bu işlərlə məşğulam. Kitaba son iki ildə yazdığım 32 hekayəni toplamışam. Bunların arasında həm dərc olunan, həm də dərc olunmayan hekayələr var. Kitab çapdan çıxandan sonra təqdimat mərasimi də keçirəcəyəm”.
“Burda bir işarə varmı? Niyə məhz 32 hekayə?” sualımıza Həmid Herisçi öncə cavab vermək istəməyib - “İcazə verin bu da müəmma olaraq qalsın” - dedi. Amma gərgin səylərimiz bəhrəsiz qalmadı, Həmid bəydən: “Zərdüşt təqviminə görə göydə 32 bürc, hər bürcün də öz açarı var. Kitabın üz qabığında əlimdə gördüyünüz açardır. Və mən həmin açarla 32 bürcün sirrini açmağa çalışıram” - mətləbini ala bildik.
Nərmin