Türkiyənin Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin onlayn kursları fəaliyyətə başlayıb.
Bu haqda Teleqraf.com-a Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin rəhbəri Selçuk Karakılıç məlumat verib:
"Türk dövlətləri üçün Türkiyə türkçəsini öyrədən kurslarımız fəaliyyətə başladı. Kurslar ödənişli əsaslarla olacaq. Uğurlu nəticə əldə edən tələbələr Türkiyəyə səyahət imkanı qazanacaq. Uçuş qiymətlərini biz həll edəcəyik. Türk dilinin bütün türk dünyasında əlaqə dili olmasını istəyirik".