14 Aprel 2022 15:17
3 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Tural Turanın yeni kitabı ışıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, “Möhtəşəmliyin çöküşü” adlı kitabda müəllifin son illərdə qələmə aldığı sürreal və dadaizm ruhlu şeirləri toplanıb.

Kitabın redaktoru Mətləb Mustafayev, ön sözün müəllifi isə şair Emil Rasimoğludur. 72 səhifəlik kitabda müxtəlif müsabiqələrdə müəllifə uğur qazandıran şeirlər də öz əksini tapıb. Kitabdakı şeirlərdə daha çox tanrı ilə insan arasındakı ruhsal bağlılığın boyutu ölçülür.

Qeyd edək ki, “Möhtəşəmliyin çöküşü” şairin sayca altıncı şeirlər kitabıdır. 2010-cu ildə “Mənə bir az o dünyadan danışın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

Sonrakı dövrlərdə “Bələksiz qığılcım” (2015), “Tanrı qağaya ismarış” (2017), “Qaranlığın aydınlıq adı” (özbək dilində, 2018), “...Və bütün qaranlıq otaqlar” (2018), "Möhtəşəmliyin çöküşü" (2022) şeir kitabları gün üzünə çıxıb.


Müəllif: Teleqraf.com