Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə görə ağır xəstələrin qəbulunu dayandırıb.
Bu barədə Teleqraf.com respublikanın Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir.
Qeyd edək ki, müvafiq əmri "Hərbi vəziyyətin hüquqi rejimi Haqqında" qanuna əsasən səhiyyə naziri Arsen Torosyan imzalayıb.
Qeyd edilir ki, xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi yardım göstərməyəcəklər. Səhiyyə Nazirliyində vurğulayıblar ki, hazırda stasionar tibbi yardım alan xəstələr ambulator müalicədən sonra evə buraxılacaqlar.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.