Ermənilər İrəvanda Amerika səfirliyinin qarşısında aksiya keçirirlər.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Azərbaycan ərazilərini 30 ildir işğal altında saxlayan, bir milyondan çox insanı etnik təmizləməyə məruz qoyan və uzun illər bu “qələbəyə” görə qürrələnən düşmən hazırda ABŞ səfirliyi önündə “Sülh istəyirik”, “Kor olma” şüarları qaldırıb.
Aksiyaçılar Azərbaycanın apardığı legitim və qanuni hərbi əməliyyatlara ABŞ səfirliyinin laqeyd qalmamasını və bunu “pisləməsini” tələb edirlər.
İddiaya görə, aksiyada Dağlıq Qarabağdan İrəvana qaçan erməni qadınlar da iştirak edirlər. Onlar Azərbaycan ərazisində qalıb qanuni Azərbaycan hökumətinə qarşı əllərinə silah götürən ər və oğullarından narahat olduqlarını qeyd edirlər.
Aksiyaçılar səfirlikdən onları dinləməyi tələb edirlər.