16 Noyabr 2020 16:50
11 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan koordinatların Azərbaycana satıldığına dair məlumatları səhv hesab edir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə parlamentdə “Mənim addımım” fraksiyasının üzvləri ilə görüşündə danışıb.

“Bu kimi faktlarla bağlı cinayət işləri başlanmalıdır. Bəli, belə hallar varsa, o zaman günahkarları axtarmaq lazımdır. Ancaq yalnız nəzəri olaraq məlumatların verilməsindən danışırıqsa, bunun doğru olduğunu düşünmürəm”, - baş nazir bildirib.

Hava hücumundan müdafiə sistemlərinə gəlincə, Paşinyan bu sistemlərin müasir standartlara cavab vermədiyini deyib:

“Başqa bir məsələ, hadisələrin inkişafı bütün bu vəsaitlərin müasir standartlara cavab vermək üçün yetərli olmadığını göstərdi, qüvvələr balansı dəyişdi”.

Əlavə edək ki, Ermənistan rəhbərliyi silahlı qüvvələr üçün hava hücumundan müdafiə sistemlərini Rusiyadan tədarük edir.


Müəllif: Mənsur Rəğbətoğlu