Erməni hərbi qulluqçuların yaxınları Ermənistan Müdafiə Nazirliyinin inzibati binasının qarşısında etiraz aksiyasına başlayıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, etiraz aksiyasında iştirak edənlər uşaqları orduda olan valideynləri onlara qoşulmağa dəvət edib.
Etiraz aksiyaçılarından biri bəyan edib ki, övladlarımızın hərbi əsirlərlə eyni taleyi yaşamasını istəmirlər.
Məlumata görə, etirazçılar Müdafiə Nazirliyinin binasından sonra Ermənistan Nazirlər Kabinetinin önünə doğru hərəkət etməyi planlaşdırır. Burada onlar Baş nazir Nikol Paşinyana etiraz edəcəklər.
“Qarabağda hərbi xidmətə çağırılan əsgərlərin valideynləri, bizə qoşulun”, - deyə aksiyada iştirak edən valideynlərdən biri deyib.
Erməni mediasının məlumatına görə, hazırda Müdafiə Nazirliyinin binası ətrafına çoxlu sayda polis cəlb edilib.