Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Xocavənd rayonuna daxil olan ərazilərin minalardan təmizlənməsini başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“23 noyabr 2020-ci il tarixdən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 1358,3 hektar ərazini, 425 kilometdən çox yolu, 1292 mənzili, o cümlədən 29 sosial əhəmiyyətli obyekti partlayıcılardan təmizləyib”, - məlumatda qeyd edilib.
Bildirilir ki, ərazilərin minalardan təmizlənməsi, habelə minaların partladılması zamanı hərbçilərin təhlükəsizliyini təmin etməyə və hər cür hava şəraitində ərazini yüksək vəziyyədə təmizləməyə imkan verən müasir “Uran-6” robot sistemlərindən istifadə edilib.
Bu zaman müəyən edilən partlayıcı maddələr və partlamamış döyüş sursatları xüsusi təchis edilmiş poliqona gətirilərək məhv edilib. Gətirilməsi mümkün olmayan partlayıcı maddələr isə təhlükəsizlik tədbirləri görülərək yerindəcə partladılıb.