“Paşinyan Rusiyanın Azərbaycanla sərhəddə yaxın Zəngəzurda yeni hərbi bazasının yaradılması isiqamətinə danışıqlar aparır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan baş nazirinin səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Moskva ilə iki istiqamətdə danışıqların getdiyini bildirdi. Birinci istiqamət Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının genişləndirilməsidir, ikinci istiqamət isə Rusiyanın Azərbaycanla sərhəddə yaxın Zəngəzurda yeni hərbi bazasının yaradılmasıdır.
Azərbaycanın ərazisinə “İsgəndər” raketlərini atan zehniyyət Ermənistanda hərbi bazasını genişləndirməyə və yenisini yaratmağa hazırlaşır. Növbəti sualımız yenə eynidir: Kimə qarşı?”.