Ermənistanın Ararat bölgəsində ötən gün baş verən atışma nəticəsində bir nəfər öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni media resursları məlumat yayıb.
Məlumata görə, axşam 19:15 radələrində bir nəfər güllə yarası alan şəxs xəstəxanaya gətirilsə də, həyatını xilas etmək olmayıb.
Erməni polisi ölən şəxsin 34 yaşlı Ararat şəhər sakini Armen Ovanisyan olduğunu müəyyən edib.
Ovanisyanın qanuni oğru “Marso” ləqəbli M.Petrosyanın məzarında atışma zamanı öldürüldüyü ortaya çıxıb.
Qeyd edək ki, son bir neçə ayda Ermənistanda "oğru dünyasının" bir neçə üzvü və klanı arasında silahlı qarşıdurmalar baş verib, bir neçə nəfər öldürülüb.