17 İyun 2022 11:10
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT Təhlükəsizlik Şurası Komitəsinin növbəti iclasında iştirak etmək üçün İrəvana gələn rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Görüşdə iki ölkənin Təhlükəsizlik Şuraları arasında əməkdaşlığın əhatə dairəsini genişləndirmək məsələsi müzakirə olunub. Eyni zamanda, ikitərəfli əməkdaşlıq çərçivəsində həmsöhbətlər təhlükəsizlik məsələlərinin geniş spektrini müzakirə ediblər.

Patruşev Ermənistanın Rusiyanın strateji tərəfdaşı olduğunu və Moskvanın regional təhlükəsizliyin təmin edilməsində Ermənistanı dəstəklədiyini vurğulayıb.

Qriqoryan rusiyalı həmkarına regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, demarkasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi barədə məlumat verib.


Müəllif: Mənsur Rəğbətoğlu