“İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir. Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.
Son vaxtlar regionda vəziyyətin gərginləşməsindən danışan Rəisi üçtərəfli bəyanatın (10 noyabr) müddəalarına əməl olunmasının zəruriliyini bildirib.
İran prezidenti hesab edir ki, qalan məsələlərin dialoq və diplomatiya yolu ilə həlli Qafqazda rahatlıq və təhlükəsizlik yaratmaq üçün ən yaxşı yoldur.
Rəisi iki ölkə arasındakı münasibətləri “tarixi və dərin” adlandıraraq, İrəvan və Tehran arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb.