4 Dekabr 19:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi tərəfdən regional sabitliyə zərər verə biləcək hər hansısa hərəkətə yol verilməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, parlamentdə çıxışında bildirib.

“Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. İstənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır”, - o deyib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır.

O, həmçinin bildirib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər