10:19
211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan, Hindistan və İran hökumətlərinin nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələr zamanı nümayəndə heyətləri Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlığın gücləndirilməsinin vacibliyini, bu baxımdan İranın Çabahar limanının rolunu vurğulayıblar.

Məlumata görə, tərəflər əlaqələrin genişləndirilməsi təşəbbüslərini, çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət və regional əməkdaşlığı, ticarət, turizm və mədəni mübadilənin inkişaf etdirilməsi yollarını araşdırıb, habelə ictimaiyyətlə əlaqələrin gücləndirilməsini müzakirə ediblər.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər