23 Noyabr 2022 17:15
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələrinin xarici işlər nazirlər və müdafiə nazirlərinin iclasının rəsmi fotosessiyası zamanı erməni fotoqrafa iradını bildirib.

Teleqraf.com xəbər verir ki, Lavrov fotoqrafın “Cənab Papikyan, bir az sağa” sözlərinə reaksiya verib.

Ermənistan müdafiə naziri Suren Papikyan uyğun yer seçərkən, Lavrov fotoqrafa belə deyib:

“Daha nələr? Sənin işin şəkil çəkməkdir, əmr vermək yox”.


Müəllif: Mənsur Rəğbətoğlu