12 Yanvar 2023 15:26
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvanın təhlükəsizliyinə Rusiyanın təhdid yaratması ilə bağlı bəyanatları absurddur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rus və erməni xalqlarını möhkəm dostluq telləri birləşdirir. Biz ikitərəfli münasibətləri, eləcə də ümumi inteqrasiya birliklərində - KTMT, Avrasiya İqtisadi Birliyi və MDB-də əməkdaşlığı daha da gücləndirməyə hazırıq. Bütün bunların fonunda İrəvanın “Rusiyanın mövcudluğu müəyyən təhlükəsizlik təhdidləri yaradır” açıqlamaları cəfəngiyyatdır.

Artıq onilliklərdir ki, əsgərlərimiz və sərhədçilərimiz Ermənistanın təhlükəsizliyinə öz töhfələrini verir, onun sərhədlərini qoruyurlar. Bu, inkar edilə bilməyən obyektiv reallıqdır.

Eyni zamanda, bundan əvvəl Ermənistanın hazırkı rəhbərliyi açıq şəkildə bəyan etmişdi ki, Rusiyanın hərbi mövcudluğu respublikanın milli maraqlarına uyğundur. Qapını hərbçilərimizə göstərməyə üstünlük verən avantüristlər isə belə bir hərəkətin real nəticələrini hesaba almırlar”, - Zaxarova bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu