18 Mart 17:53
10 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Sülh qovşağı” proqramı (nəqliyyat dəhlizi ilə bağlı – red.) ölkələrimiz üçün son dərəcə vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan Qazaxıstan xarici işlər naziri Murat Nurtleu deyib.

“Nəhayət Orta dəhlizin öz potensialını reallaşdırmasını təmin etmək üçün tərəfdaşlarımızla işləməyi hədəfləyirik. Ermənistanın coğrafi üstünlüyünü nəzərə alsaq, bu ölkə qitələrarası proqramlarda Qazaxıstan üçün son dərəcə önəmlidir, ölkələrimiz arasında ticarət-iqtisadi, biznes, investisiya əməkdaşlığının gücləndirilməsi ölkələrimizin inkişafına mühüm təkan verə bilər.

Bu dinamika mədəni, humanitar əlaqələr üçün də son dərəcə vacibdir. Qazaxıstanda ölkələrimizi birləşdirmək sahəsində qızıl körpü rolunu oynayan erməni diasporu var. Qazaxıstanda 25 mindən çox erməni yaşayır, bizim çoxmillətli ölkəmiz bu insanların təhsil alması, işləməsi və iqtisadiyyatımızın inkişafında fəal iştirak etməsi üçün hər cür şərait yaradıb”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu