Teleqraf.com xəbər verir ki, pilot qəza ilə bağlı fikirlərini bölüşərkən qeyd edib: "Mən döngəyə çox sərt şəkildə daxil oldum, sadəcə mümkün olanın sədlərini tapmaq istəyirdim. Deyəsən həddən artıq səy göstərdim. Üstünlük bundan ibarətdir ki, mən elə də çox vaxt itirmədim. Hazırda mənə bizdə hansı ehtiyat hissələrin olmasını araşdırmaq lazımdır. Lakin bu cür qəzalar Bakı trası üçün normal haldır".
Qeyd edək ki, "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında 8-ci döngədə səddə çırpılaraq yararsız hala düşmüşdü. Qəza nəticəsində bolidin sağ arxa təkəri qopmuşdu.