19 Aprel 2022 17:30
4 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

10-12 iyun tarixlərində baş tutacaq Formula 1 2022 Azərbaycan Qran Prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.

Teleqraf.com xəbər verir ki, iki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən Formula 1 yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək.

Bu səbəbdən, sayca altıncı olan yarışın builki şüarı “F1 qayıdır: trekə və tribunaya!” olaraq müəyyənləşdirilib.

10 iyundan etibarən 3 gün ərzində Formula 1 pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər.

Bakı Şəhər Halqası Formula 1 pilotları və həvəskarlarını tezliklə ölkəmizdə qarşılamağa səbrsizləndiyini çatdırır.

Əlavə olaraq, Formula 1 Azərbaycan Qran Prisi mövsümün ən parlaq vizuallarını təqdim edir. İlk dəfədir ki, onların Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə olunduğuna şahid oluruq.


Müəllif: Aysel Azad