9 İyun 2016 16:29
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovu qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin müxtəlif strukturları, o cümlədən hüquq mühafizə və ədliyyə orqanları arasında əməkdaşlığın bu münasibətlərin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyi qeyd olundu. Söhbət zamanı ölkələrimizin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən insanlara hüquqi yardımın göstərilməsi sahəsində sıx əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətindən danışıldı, Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif:

Oxşar xəbərlər